04 Noyabr 2018, 15:10
FUTBOL
ABŞ-ın "Di Si Yunayted" klubunun futbolçusu Ueyn Runi yenidən İngiltərə milli komandasına çağırılır. Matç.az saytı xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt ulduz hücumçunu ABŞ-la yoxlama oyununa dəvət alan heyətə daxil edəcək.
Bununla da Runi iki ildən sonra millidə meydana çıxmaq imkanı qazanacaq. Onun noyabrın 15-də "Uembli"də baş tutacaq görüşə kapitan kimi çıxması gözlənilir.
Qeyd edək ki, yığmada 119 oyun keçirib, 53 qol vuran 33 yaşlı futbolçu komandanın tarixində ən yaxşı bombardirdi. O, sonuncu dəfə 2016-cı il noyabrın 11-də Şotlandiya ilə Dç-2018-in seçmə oyununda (3:0) milli forması geyinib.