Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutub.
 
Rəsul çunayev təsnifat mərhələsində Macarıstan güləşçisinə ilk hissədə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda hakimlərin də müəmmalı qərarlarıyla güləşçimiz ikiqat dünya çempionu olan Koreya təmsilçisinə uduzub.
 
İslam Abbasov ilk görüşdə Gürcüstan pəhləvanını məğlub edib. Ancaq 1/8 finalda İran güləşçisiylə bacarmayıb.
 
Orxan Nuriyev də startda yerli idmançıya yenilib.
 
67 kq
Təsnifat - Rəsul çunayev - Mate Kraşnay (HUN) 8:0
1/16 final - Rəsul çunayev - Hansu Ryu (KOR) 1:2
 
87 kq
1/16 final - İslam Abbasov - Qurami Xetsuriani (GEO) 4:0
1/8 final - İslam Abbasov - Ramin Soltanmurad Taherisartanq (İRİ) 0:6
 
97 kq
1/16 final - Orxan Nuriyev - Yerulan İskakov (KAZ) 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest