"Arsenal"la oyunumuz sürətli, hətta çox sürətli alındı". Matç.az saytı xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib.

İngiltərə Premyer Liqasının "Arsenal"la qarşılaşması (1:1) barədə fikirlərini açıqlayan almaniyalı mütəxəssis rəqibin hücum xəttinin güclü olmasını vurğulayıb. Zarafatından da qalmayan Klopp vaxtilə "topçular"ın əsas silahları olan Denis Berqkampla Robin van Persinin də meydana çıxmasını gözlədiyini bildirib: "Aydın məsələdi ki, rəqibimiz hazırda çox yaxşı formadadı. Bizimlə qarşılaşmaya bütün hücumçularını gətirmişdilər. Mən həqiqətən də Denis Berqkampla Robin van Persinin meydana çıxmasını gözləyirdim".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest