"Mançester Siti"nin və Argentina millisinin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, cənubi amerikalı hücumçu Premyer Liqada eyni klubda 150 və daha çox qol vuran 3-cü futbolçu olub.

O, 150-ci qolunu XI turun hazırda davam edən "Sauthempton"la görüşündə rəqib qapısından keçirib. 12-ci dəqiqədə hesabı 2:0-a çatdıran Aquero bu görüşədək 149 dəfə fərqlənmişdi.

Serxio bu göstəricidə yalnız Ueyn Runi və Tyerri Anridən geri qalır. Ueyn "Mançester Yunayted"də 183, Tyerri isə "Arsenal"da 175 dəfə fərqlənib.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"də çıxış edən hücumçu ümumilikdə 306 oyunda 209 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest