Avropa Liqasının qrup mərhələsində "Vorskla"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı bəlli olub. Matç.az saytının məlumatına görə, komanda sabah axşam saatlarında Ukraynaya yola düşəcək.

Poltavaya çarter reysi ilə gedəcək Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov ertəsi gün 18:30-da media nümayəndələrinin önünə çıxacaq. Bundan yarım saat sonra Ağdam təmsilçisinin ilk 15 dəqiqəsi açıq olan matçöncəsi son məşqi olacaq. Qarşılaşmadan dərhal sonra vətənə dönəcək "Qarabağ"ı aparan təyyarə noyabrın 9-da 06:20-də Bakıya enəcək.

Qeyd edək ki, "Vorskla" – "Qarabağ" oyunu noyabrın 8-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest