"Atletiko"nun La Liqanın VI turunda "Malyorka" ilə səfər oyununda hücumçu Alvaro Moratanın qırmızı vərəqə alması klub rəhbərliyinin narazılığı ilə qarşılanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, madridlilər vərəqənin ləğvini istəyir.

Bu məqsədlə klub rəhbərliyi apellyasiya şikayəti edib. Onlar Moratanın "qırmızı"sının ləğvini, forvardın növbəti turda meydanda olmasını tələb edib.

Qeyd edək ki, "Atletiko"nun 2:0 hesablı qələbə qazandığı görüşün 77-ci dəqiqəsində Morata rəqib oyunçu ilə mübahisəyə görə meydandan qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest