Fransa millisinin vingeri Maykl Olise ABŞ, Kanada və Meksikada təşkil olunmuş dünya çempionatında hamıdan çox məhsuldar ötürmə edərək turnirin ən yaxşı assistenti olub.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) turnirin yekunlarına dair rəsmi statistika yayıb.
Bildirilir ki, Almaniyanın "Bavariya" (Münhen) klubunun yarımmüdafiəçisi dünya birinciliyində aktivinə 7 qol ötürməsi yazdırıb. Onun ən yaxın izləyiciləri isə hərəyə 4 assist ediblər. Fransalı ulduzu qabaqlaya bilməyən futbolçular arasında Braim Dias, Bruno Qimaraes, Kilian Mbappe, Lionel Messi və Martin Edeqor kimi tanınmış adlar yer alır.
Xatırladaq ki, Olise İngiltərəyə qarşı keçirilən bürünc medal uğrunda matçda da məhsuldar ötürmə dublu ilə yadda qalıb, lakin onun bu çıxışı Fransanı 4:6 hesablı məğlubiyyətdən xilas etməyib.
Bununla belə, Maykl Olise əfsanəvi Pelenin 1970-ci ildə müəyyənləşdirdiyi dünya çempionatları rekordunu (6 assist) qırmağı bacarıb. Eyni zamanda onun komanda yoldaşı Kilian Mbappe turnirin ən yaxşı bombardiri ünvanını qazanıb.













