Fransa millisinin hücumçusu Kilian Mbappe ABŞ, Kanada və Meksikada təşkil olunmuş 2026-cı il dünya çempionatının ən yaxşı bombardiri olub.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) turnirin yekunlarına dair rəsmi statistika yayıb.
Bildirilir ki, fransalı forvard keçirdiyi 8 qarşılaşmada 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalaraq dünya çempionatının "Qızıl buts" mükafatına sahib çıxıb.
"Gümüş buts" mükafatı isə Argentina yığmasının kapitanı Lionel Messiyə nəsib olub. Təcrübəli hücumçu turnir ərzində çıxdığı 8 oyunda 8 qol vurub və 4 assist müəllifi olub. Bombardirlər yarışında ingiltərəli Cüd Bellinqem və norveçli Erlinq Haland isə hərəyə 7 qolla növbəti pillələrdə qərarlaşıblar.
Xatırladaq ki, İspaniya millisi final matçında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə üstələyərək tarixində ikinci dəfə dünya çempionu adını qazanıb. Çempionatın bürünc medallarına isə üçüncülük uğrunda keçirilən gərgin oyunda Fransanı 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması yiyələnib













