06 Noyabr 2018, 12:45
FUTBOL
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev növbəti beynəlxalq təyinat alıb. Matç.az saytı xəbər verir ki, həmyerlimiz UEFA Millətlər Liqası turnirində iş başında olacaq.
O, noyabrın 18-də keçiriləcək Moldova - Lüksemburq oyununun hakim-inspektoru vəzifəsini yerinə yetirəcək. Görüş Kişinyov şəhərindəki "Zimbru" stadionunda baş tutacaq.