"Atletiko"nun hücumçusu Antuan Qrizman çempionlar Liqasının qrup mərhələsində Dortmund "Borussiya"sı ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib. Matç.az saytı xəbər verir ki, fransalı forvard Almaniya çempionatını tərifləyib.
Hətta o, karyerasını Bundesliqada davam etdirəcəyini istisna etməyib: "Nə vaxtsa Almaniya çempionatında iştirak edə bilərəm. Hazırda "Atletiko"də çox rahatam. Klubumun çox gözəl layihəsi var ki, bu da məni 100 faiz razı salır. Mən klubun, o isə mənim böyüməyimə kömək etmək istəyir. Tarix yazmaq arzusundayıq. Bundesliqa isə hücum futbolu üzərində qurulan çempionatdı. Xüsusən də, Dortmund "Borussiya"sı bunu gözəl bacarır. çempionlar Liqasının 1/8 və 1/4 final mərhələsində hər zaman ən çox İspaniya klubları olur. Ondan sonra Almaniya və İngiltərə təmsilçiləri gəlir. Premyer Liqa daha populyardı, daha çox izlənilir. Bundesliqa bir qədər kölgədə qalır, haqqında az bəhs edilir. Ancaq istedadlı futbolçular olduğu müddətdə fərq elə də böyük deyil".
Qeyd edək ki, Almaniyada keçirilən ilk matçda "Borussiya" "Atletiko"nu 4:0 hesabı ilə məğlub etmişdi.