"İnter"in kapitanı Mauro İkardı klubunu dəyişə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı hücumçu karyerasını İspaniyada davam etdirmək niyyətindədi.

"Real"ın transfer gündəmində olan İkardi özü də bu keçidin baş tutmasını arzulayır. Məhz bu üzdən o, "neradzurra" ilə yeni sözləşməyə razılıq vermir. "Kral klubu" isə qış fasiləsində İkardi də daxil olmaqla bir neçə hücumçu ilə danışıq aparacaq.

Qeyd edək ki, İkardinin "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest