"Real"ın yarımmüdafiəçisi Luka Modriç komandasını dəyişə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı futbolçu artıq bir neçə təklif alıb.

Premyer Liqa və MLS klublarının diqqət mərkəzində olan 33 yaşlı oyunçu ilə indi də "Yuventus" maraqlanır. "Qoca sinyora" yayda heyətə qatdığı Kriştianu Ronaldo ilə əla münasibətdə olan xavbeki mövsümün sonunda transfer etməyə çalışacaq. Həmçinin "İnter" də ondan əl çəkmir.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real"ın formasını geyinir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest