Heyətində ciddi dəyişikliklər etmək istəyən "Milan"ın transfer siyahısına daha bir oyunçu əlavə olunub. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, "Mançester Yunayted"in müdafiəçisi Erik Bayi İtaliya klubunun diqqət mərkəzinə düşüb.

Hətta Fil Dişi Sahili millisinin üzvü ilə danışıqların müsbət nəticələndiyi də bildirilir. İddiaya görə, Bari artıq yanvarda "Milan"a üz tutacaq. "Mançester Yunayted"də oynamaq imkanı qazanmayan 24 yaşlı oyunçu ayrılmaq istədiyini rəhbərliyə də çatdırıb.

Qeyd edək ki, Erik Bayi "Mançester Yunayted"ə 2016-cı ildə "Vilyarreal"dan keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest