Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda təxribata əl atan ermənilər müəyyənləşib. Bunu "ultraqrup birinci Ermənistan cəbhəsi" boynuna alıb.

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda təxribata əl atan ermənilər müəyyənləşib. Matc.az saytının Lüksemburq mətbuatına istinadən məlumatına görə, bunu "ultraqrup birinci Ermənistan cəbhəsi" boynuna alıb.

Onlar feysbuk səhifələri vasitəsilə Belçikada yaşayan Spartak adlı qrup üzvünün başçılığı altında bu addıma əl atdıqlarını yazıblar. Maraqlıdı ki, həmin qrup bununla kifayətlənməyib. İddiaya görə, onlar matçın gedişində "Jozi Bartel" stadionunun qarşısındakı park qarajında bir neçə nəqliyyat vasitəsinə zərər vurub, bir neçəsini də oğurlayıblar. Yerli polis hazırda quldur dəstənin axtarışındadı.

Qeyd edək ki, dünənki qarşılaşmanın 31-ci dəqiqəsində "Qarabağ"ın vurduğu ikinci qoldan sonra separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilib. Azarkeşlərimiz və futbolçularımızın buna sərt etirazı olub və görüş təxminən 20 dəqiqə dayandırılıb. Oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest