Avropa Peşəkar Futbol Liqaları (EPFL) top klubların iştirakı ilə Superliqa yaradılmasının əleyhinə olduğunu açıqlayıb. Matç.az saytı xəbər verir ki, qurum məsələ ilə bağlı bəyanat yayıb.

Burada EPFL-in mövqeyini əks olunub: "Qapalı Superliqanın yaradılmasının qəti əleyhinəyik. Biz futbolda Avropa modelini dəstəkləyirik ki, bunun əsasını klubların liqalarını dəyişmə mexanizminə bənzər piramida təşkil edir. Bu da tam idman prinsiplərinə söykənir. Avropada bütün maraqlı tərələr - futbolçular, klublar, liqalar, assosiasiyalar, azarkeşlər üçün milli çempionatlar futbolun ürəyidi. Qapalı Superliqanın yaranması təklifi peşəkar futbolun inkişafına ciddi zərbə vura bilər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest