06 Noyabr 2018, 21:46
FUTBOL
İtaliyanın "Empoli" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, A seriyası təmsilçisini Cüzeppe Yakini çalışdıracaq.
Bu gün baş məşqçi təyin olunan mütəxəssislə müqavilənin müddəti və detalları açıqlanmır. 54 yaşlı mütəxəssis öz ad günündə istefaya göndərilən Aurelio Andreatsolini əvəzləyib.
Bu dəyişikliyə səbəb 11 turda 6 xal toplayan "Empoli"nin 18-ci pillədə qərarlaşmasıdı.
Qeyd edək ki, 2001-ci ildən məşqçi fəaliyyətinə başlayan Yakini "Kyevo", "Sampdoriya", "Siena", "Palermo", "Udineze" və "Sasuolo" kimi klubları çalışdırıb.