Fransa millisinin hücumçusu Antuan Qrizmann İspaniya "Atletiko"sunun tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, o, Madrid klubunun heyətində çempionlar Liqasında 20 qol vuran futbolçu olub.

Antuan yubiley qolunu dünən vurub. O, qrup mərhələsinin IV turunun "Borussiya" ilə ev matçında (2:0) dortmundluların qapısından 2-ci topu keçirib.

Qeyd edək ki, Qrizmann 2014-cü ildən "Atletiko"da çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest