Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Fransa ilə keçirilən səfər oyunundan (1:1) sonra hərbi salamla ordusuna nümayiş etdirdiyi dəstək intizam işi açılmasına səbəb olub. APOEL futbolçularının da "Qarabağ"la Avropa Liqası görüşündə analoji addıma əl atması istisna deyil.

Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Fransa ilə keçirilən səfər oyunundan (1:1) sonra hərbi salamla ordusuna nümayiş etdirdiyi dəstək intizam işi açılmasına səbəb olub. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, APOEL futbolçularının da "Qarabağ"la Avropa Liqası görüşündə analoji addıma əl atması istisna deyil.

Kiprlilər, xüsusən də, müdafiəçi Giorqos Merkisdən bu addımı gözləyirlər. Cari mövsüm çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda bu komandalar arasında baş tutan qarşılaşmadan sonra Merkis Yunanıstan bayrağına sarılaraq, qisas aldığını bildirmişdi. Həmkarlarımız 35 yaşlı mərkəz müdafiəçisinin bu dəfə hərbi salamını gözləyir.

Hətta UEFA-dan gələ biləcək hər hansı bir cəza da onları qorxutmur: "Qarabağ" - APOEL görüşündə qol vursaq, Giorqos Merkisin bunu hərbi salamla qeyd etməsinə nə deyirsiniz? UEFA həyəcanlanacaq və izahat istəyəcəkmi? Qitə futbol qurumu türklərin hərəkətini böyük laqeydliklə izləyir".

Qeyd edək ki, Giorqos Merkis "Qarabağ"la əvvəlki matçda Mahir Emreli ilə yaşadığı mübahisə üzündən Yunanıstan bayrağını göstərmişdi. Bu komandalar arasında növbəti oyun oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest