Bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda "Vorskla" ilə qarşılaşacaq "Qarabağ" azarkeşlərə müraciət edib. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Ukraynadakı səfər oyununda azarkeşlərini bir araya gətirəcək.

Bu məqsədlə matçı izləmək istəyənlər azarkeşlər stadionun 12-13-cü sektorlarına dəvət olunub. Bileti olmayan fanatlar üçün həmin sektorların qarşısında satış təşkil olunacaq.

Azarkeşlərimiz üçün Ukrayna vaxtıyla saat 21:30 - 23:30 arası qeyd olunan sektorların qarşısından bilet ala bilər.

Qeyd edək ki, Poltavanin Aleksey Butovski adına stadionunda keçiriləcək "Vorskla" – "Qarabağ" oyunu bu gün saat 00:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest