08 Noyabr 2018, 17:14
FUTBOL
UEFA-nın prezidenti postuna namizədlərin verilə müddəti başa çatıb. Matç.az saytı xəbər verir ki, qurumun rəhbəri vəzifəsinə yalnız bir namizəd qeydə alınıb.
Bu da UEFA-nın hazırkı prezidenti Aleksander çeferindi. O, gələn il baş tutacaq seçkilərdə yeganə namizəd olacaq.
Növbəti 4 illiyə seçkilər UEFA-nın fevralın 7-də baş tutaca Növbəti Konqresi çərçivəsində gerçəkləşəcək. Tədbir İtaliyanın paytaxtı Romada təşkil olunacaq.
Qeyd edək ki, UEFA-nın sayca 7-ci prezidenti olan sloveniyalı 2016-cı ildə bu vəzifəyə seçilib. O, 55 milli assosiasiyadan 42-nin səsini toplayıb. Həmin səsvermədə çeferin hollandiyalı Mixael van Praqı üstələyib. UEFA prezidenti avtomatik olaraq FİFA-nın vitse-prezidenti sayılır.