20 Oktyabr 2019, 20:11
MPL
"Neftçi"nin yarımmüdafiəçisi Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları "Zirə" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Braziliyalı futblçu əvvəlcə 3:0 hesablı qələbəni şərh edib
"Neftçi"nin yarımmüdafiəçisi Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları "Zirə" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə 3:0 hesablı qələbəni şərh edib:
- Ardıcıl üçüncü vacib qələbəmizi qazandıq. Bu qələbə ilə artıq ikinci yerdəyik. Bununla kifayətlənməməli, üzərimizdə çalışmalıyıq. çalışmaqla daha yaxşı nəticələr gələcək.
- "Neftçi" "qara zolaq"dan çıxdı?
- Məncə, ardıcıl üç qələbə ilə bu vəziyyətdən çıxdıq.
- "Zirə" üzərində qələbə sizin üçün asan oldu?
- İnanmıram ki, hansısa oyun "Neftçi" üçün asan olub. çünki həmişə vuruşmuşuq, mübarizə aparmışıq. Qələbəmizi əzmkar qazanırıq. Asan oyun olmadı.
- "Qarabağ"a çatmaq mümkün olacaq?
- Sona qədər mübarizə aparacağıq. Hər oyun qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt çalışacağıq ki, büdrəməyək. Bununla daha da yaxınlaşmağa çalışacağıq.
- Azarkeşlərlə aranız düzəlir? çünki bu gün istefa şüarı səsləndirmirdilər.
- Hər futbolçu üçün sevincli haldı ki, onu meydanda azarkeşlər dəstəkləsin, qələbəyə ruhlandırsın. Biz hər oyun azarkeş dəstəyini hiss edirik. Əvvəllər başa düşmürdüm ki, onlar niyə tez-tez istefa şüarı səsləndirir. Sevindirici haldı ki, bizi dəstəkləməyə başladılar. Onlardan bunu hər oyun gözləyirik.
- "Qarabağ"ın xal itirməsinə sevinirsiz?
- Əlbəttə, çempionluğa oynayan klub özündən öndə gedən komandanın xal itirməsini görəndə sevinir.