"Bu gün birlikdə bir ailə kimi oynadıq. Düşünürəm ki, yaxşı nəticə əldə etdik. Yaxşı oynayıb 3 xal qazanmağı bacardıq. Buna görə özümüz xoşbəxt hiss edirik".
Matç.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çox ağır olduğunu vurğulayıb: "3 xal qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Sona qədər mübarizə apardıq və istədiyimiz nəticəni qazandıq".
Bolqarıstanlı oyunçu Ağdam təmsilçisinin növbəti mərhələ şanslarını da dəyərləndirib: "Bizim iki çətin oyunumuz var. Həmin matçlara yaxşı hazırlaşmalıyıq. Bu günki kimi oynayıb mübarizə aparsaq, nəticə əldə edə bilərik. Bu gün biz bir ailə kimi oynadıq. Bakıdakı görüşdən daha yaxşı oyun sərgilədik. Birmiz hamımız, hamımız birimiz üçün çıxış etdik. 3 xal qazandığımız üçün xoşbəxtik.