26 May 2026, 13:20
FUTBOL
Pep Qvardiola ilə yollarını ayıran "Mançester Siti"nin yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi Entso Mareska ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Şəhərlilər" italiyalı mütəxəssislə bütün şərtləri razılaşdırıb. 46 yaşlı məşqçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, Entso Mareskanın son iş yeri bu ilin əvvəlində ayrıldığı "Çelsi" olub. O, bir müddət "Mançester Siti"də Qvardiolanın köməkçisi vəzifəsində çalışıb.











_1779793127.jpg)

