Düzdür, bu mənim üçün normal idi. Amma meydança donduğu üçün top sürətli hərəkət edirdi. Ona görə də topu ram etmək daha çətin idi.

"çətin oyun oldu. Biz bu gün döyüşdük. Gördüyünüz kimi meydança donmuşdu. Bu gün oyunun hər dəqiqəsində döyüşdük və qələbə qazandıq".

Matç.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Hannes Halldorsson Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib. 34 yaşlı qapıçı daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Meydançanın donmağını vurğuladınız, bu gün meydanda əsl İsland havası var idi. Bu barədə nə deyə bilərsiniz?
- Düzdür, bu mənim üçün normal idi. Amma meydança donduğu üçün top sürətli hərəkət edirdi. Ona görə də topu ram etmək daha çətin idi.

- özünüz rejissorsunuz bu günki oyunla bağlı film çəksəydiniz hansı anı daha qabardardınız?
- Yəqin ki, ehtiras, partlayış, mübarizə və sonda xoşbəxt sonluq hissələrini qeyd edərdim.

- Bu günkü qarşılaşmada azarkeşlər barədə nə deyə bilərsiniz?
- Azarkeşlərimizin bu gün stadionda olub bizi dəstəkləmələri komandaya əlavə motivasiya və güc verdi. Bu qələbədən sonra düşünürəm ki, "Sportinq"lə Bakı Olimpiya stadionunda keçiriəcəyimiz matçda daha çox azarkeş gəlib bizi meydanda dəstəkləyəcək.

- Bir neçə epizodda komandanlzı real qoldan xilas etdiniz. Bu günki oyununuzun "Qarabağ"dakı ən yaxşı oyununuz olduğunu demək olar?
- Əgər Avropa Liqası çərçivəsində dəyərləndirsək, bu oyunu yaxşı keçirdik. Hər qapıçının işi qapısını toxunulmaz saxlamaqdır. Bu gün də biz qol buraxmamışıqsa, düşünürəm ki, işimin öhdəsindən yaxşı gəlmişəm. Amma deyə bilmərəm ki, bu keçirdiyim ən yaxşı oyun idi, ya yox.

- Bir neçə gün öncə Lionel Messinin penaltisini dəf etməklə bağlı sizə atmaca atılanda həmin penaltinin qaytarmağın sizin üçün asan olduğunu dediniz. Bilirik ki, bu heç də asan deyil. Bu gün də 2 vacib qurtarış etdiniz. Sizcə bu epizoddan hansı daha çətin idi?
- Cavab vermək daha çətindir. çünki bu oyunda reaksiya ilə bağlı birşeydir. Seçim etmək çətindir. Amma onu deməliyəm ki, bu mənim Avropa Liqasının qrup mərhələsindəki ilk matçım idi deyə qapını toxunulmaz saxlamaq mənim üçün önəmli idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest