"Neftçi" məşqləri bərpa edib. Matc.az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda "Zirə" üzərində qələbədən (3:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. 
 
Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Xatırladaq ki, oktyabrın 27-si "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Neftçi" oyununa saat 17:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest