Ukraynanın "Vorskla" klubunun futbolçusu Vyaçeslav Şarpar vətənində müsahibə verib. Matç.az saytı xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ"la ev oyunundakı 0:1 hesablı məğlubiyyət barədə danışıb.
- Matç barədə nə deyə bilərsiz?
- Biz məğlub olduq. "Qarabağ" bu oyunda qələbəyə layiq idi.
- Məğlubiyyətin səbəbi nə oldu?
- Erkən qol buraxdıq. Bu da bizi sındırdı. çox kobud səhv etdik. Yalnız ikinci hissədə az-çox oynamağa başladıq.
- Ot örtüyünə uyğunlaşmaq çətin idi?
- Bəli. İlk yarını çox pis keçirdik. Fasilədən sonra bir az yaxşı çıxış etdik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Bir neçə dəfə qol vura bilərdik. Amma onlardan yararlana bilmədik.
- Hamı gözləyirdi ki, siz yox, "Qarabağ" meydana uyğunlaşmaqda çətinlik çəkəcək...
- Bu gün meydan daha sürüşkən idi. Sanki qış idi. Topun yerdən sıçrayışı adi qaydada deyildi. Buna gec uyğunlaşdıq. Əvvəlki oyunlarda hər şey qaydasında olurdu.
- Bu oyundan sonra 1/16 final şanslarınızı necə qiymətləndirirsiz?
- Sonadək mübarizə aparacağıq. Onda da nə olacağı bilinəcək. İndi biz meydana çıxıb oynamalı, qarşıdakı hər görüşdə xallar qazanmağa ümid etməliyik.
- Oyundan sonra baş məşqçi Vasili Saçko ciddi irad bildirdi?
- Yox. Dedi ki, sonra analiz edəcəyik. İsti-isti heç nəyi müzakirə etmədik.
- ümumiyyətlə soyunub-geyinmə otağında ab-hava necəydi?
- Hamı məyus idi. Axı müsbət nəticə qazanmaq istəyirdik.
- Oyunun dayanması, komandaların meydandan çıxmasına səbəb olan azarkeşlər barədə nə deyə bilərsiz?
- Bunlar bizim oyuna pis təsir etdi. Tempi artırmışdıq ki, 3-4 dəqiqə sonra fasilə yarandı. Az vaxt keçdi və yenə eyni, amma daha uzun fasilə. Bizim üçün heç yaxşı olmadı.
- Azarkeşlər sizə qarşı oynadı?
- Bizim üçün fasilələrin yaranması pis oldu.