09 Noyabr 2018, 12:58
FUTBOL
Avropa Liqasında "Qarabağ"ın rəqibi olan Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Lissabon təmsilçisini "Ayaks"ın sabiq baş məşqçisi Marsel Keyzer çalışdıracaq.
49 yaşlı hollandiyalı ilə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb. Amsterdam klubundan tanınan mütəxəssisin son iş yeri BƏƏ-nin "Əl-Cəzirə" komandası olub.
Qeyd edək ki, noyabrın 1-də Joze Pezeyrunu istefaya göndərən "Sportinq" müvəqqəti Tyaqo Fernandeşə tapşırılmışdı.