"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis 4:2 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Komandamı təbrik edirəm. Gözəl oyun göstərdik. Baxmayaraq ki, penalti qolu ilə hesabda geri düşdük, futbolçular vaxtında və düzgün reaksiya verdi. Sona qədər dominant tərəf idik. Layiqli qələbə qazandıq. Bir dövr var idi ki, komanda özünə bənzəmirdi. Ardıcıl 4 qələbə qazandıq. Bu, futbolçuların əziyyətinin bəhrəsidi. Biz yalnız tapşırıqları veririk, icra edən oyunçulardı. Oyundan oyuna daha yaxşı çıxış edirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest