27 Oktyabr 2019, 22:38
MPL
"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
Penalti zərbələri ilə dubla imza atmış futbolçu komandanın hesabda geridə olduğu halda qələbə qazanmasını xarakterin göstəricisi olduğunu bildirib:
"Oyuna pis başladıq. Bununla belə, vaxtında toparlanıb qol epizodları yaratdıq və bunlardan faydalandıq. Yaxşı ki, buraxdığımız qolun əvəzini tez çıxa bildik. Təbii ki, hər qələbə özümüzə olan inamı artırır. Belə də davam etməliyik. Qol epizodlarından daha da yaxşı istifadə etməyə başlamışıq. Qalib gəlmək çox vacibdi. Bu, xallarımızın sayını artırmaqda bizə kömək edir. Hesabda geridə olduğumuz halda qələbə qazanmaq isə xarakterimizin göstəricisidi".