09 Noyabr 2018, 21:29
FUTBOL
Avropa Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən azarkeşlər arasında səsvermənin qalibi "Zalsburq"un yarımmüdafiəçisi Takumi Minamino olub.
"Rusenborq"la görüşdə (5:2) het-trik müəllifi olan futbolçu turun oyunçusu adını qazanıb. Minamino Matyu Valbuena ("Fənərbaxça"), Kostas Fortunis (""Olimpiakos") və Miyat Qaçinoviçi ("Ayntraxt") qabaqlayıb.