09 Noyabr 2018, 22:36
FUTBOL
İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Arsenal"ın üzvü Pyer-Emerix Obameyanq ayın ən yaxşısı seçilib.
Qabonlu hücumçu komandasının ötən ay vurduğu 10 qoldan 6-da pay sahibi olub. Obameyanq 5 qol vurub və məhsuldar ötürmə verib.
O, səsvermədə digər namizədlər Antoni Marsial ("Mançester Yunayted"), Ross Barkli ("çelsi"), Fernandinyo ("Mançester Siti"), Metyu Rayan ("Brayton") və Kallum Uilsonu ("Bornmut") qabaqlayıb.