Afrika çempionlar Liqasının qalibi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Tunisin "Esperans" klubu tarixində 3-cü dəfə qitənin ən yaxşısı olub.

Misirdə "Əl-Əhli"yə 1:3 hesabı ilə uduzan tunislilər ev oyununda 3:0 hesablı qələbə qazanıb. 1994 və 2011-ci illərdə də Afrikanın ən yaxşısı olan "Esperans" Klublararası dünya çempionatına vəsiqə əldə edib.

Qeyd edək ki, finalın cavab oyunu öncəsi qalmaqal da yaşanıb. Tunisli fanatlar matçdan az əvvəl "Əl-Əhli"nin avtobusuna hücum çəkib. Nəticədə qonaqların futbolçusu Məhəmməd Hişam üzündən xəsarət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest