Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" bu mərhələdə "Fortuna"ya 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Halbuki qarşılaşmada hesabı məhz "Aue" açıb. Oyunla bağlı reportaj hazırlayan yerli mətbuat "Fortuna"nın az qala hakim səhvinin qurbanına çevriləcəyini vurğulayıb.
çünki "Aue"nin qolu zamanı məhz Nazarov ofsaydda olub: "Qoldan əvvəl ötürmə zamanı Nazarov bir neçə santimetr öndə idi. VAR sisteminin kubok matçlarında istifadə olunmaması "Aue" üçün şanslı an idi. çünki epizodun davamında qonaq komanda hesabı açdı və yan xətt hakiminin səhvi ucbatından qol qeydə alındı".