Kataloniya klubu futbolçunu satmaq niyyətində deyil, lakin maliyyə çətinlikləri səbəbindən onunla təxminən 100 milyon avroya ayrılmağa hazırdır. Oyunçuya “Çelsi” və PSJ maraq göstərir. Paris komandası rəsmi təklif hazırlayır.
“Barselona” İspaniya millisinin 23 yaşlı futbolçusu Fermin Lopes ilə bağlı transfer təkliflərini nəzərdən keçirir. Matc.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, Kataloniya klubu futbolçunu satmaq niyyətində deyil, lakin maliyyə çətinlikləri səbəbindən onunla təxminən 100 milyon avroya ayrılmağa hazırdır. Oyunçuya “Çelsi” və PSJ maraq göstərir. Paris komandası rəsmi təklif hazırlayır.
2025-ci ilin yayında Lopes “Çelsi”yə keçid variantını rədd edərək “Barselona”da qalmağı seçib, fevralda isə klubla 2031-ci ilədək yeni müqavilə imzalayıb. 23 yaşlı yarımmüdafiəçi 2023-cü ildən Kataloniya klubunun əsas heyətində çıxış edir. Bu müddətdə Fermin 148 oyun keçirib, 37 qol vurub və 32 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 110 milyon avrodur.













