29 Oktyabr 2026, 16:36
FUTBOL
Keçmiş İngiltərə millisinin futbolçusunun üstündən texnika keçib. Matc.az xəbər verir ki, Tailandın “PT Praçuap” klubunda çıxış edən Andros Taunsend meydançada isinmə hərəkətləri zamanı texnikanın altında qalıb.
35 yaşlı futbolçu hadisə zamanı sol ayağının zədələnəcəyindən qorxsa da, ciddi xəsarət almayıb. Maraqlıdır ki, o, insidentdən sonra isinməni davam etdirib və matçın son dəqiqələrində meydana çıxıb.
Qeyd edək ki, Taunsend İngiltərə millisinin heyətində 13 oyun keçirib.
Mahir AXUND













