Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında növbəti oyununa çıxacaq. Matc.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv C Divizionunda Mozambik yığması ilə qarşılaşacaq. Görüş bu gün saat 11:30-da Hövsan Yarış Kompleksində keçiriləcək.

Azərbaycan millisi əvvəlki mərhələdə Cəbəllütariqi 5:1 hesabı ilə məğlub edib, Çiliyə isə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, oktyabrın 30-da başa çatacaq mundialda 189 ölkənin komandaları iştirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest