Bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları keçiriləcək. Matc.az xəbər verir ki, mübarizə aparan klublar arasında qadın voleybolçulardan ibarət “Turan” komandası da var. Təmsilçimiz Xorvatiyada Zaqreb “Mladost"u ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar keçilmiş ilk oyun Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada “Turan” 3:0 (25:20, 25:16, 25:16) hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, növbəti mərhələyə yüksələcəyi təqdirdə, Tovuz təmsilçisinin rəqibi “Maritza” (Bolqarıstan) olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest