29 Oktyabr 2026, 17:21
FUTBOL
Bu mərhələdə komandalar bir oyunluq mübarizədə üz-üzə gələcəklər. Azərbaycan Premyer Liqasını 12, I Liqanı isə 4 komanda təmsil edəcək.
Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları və cütlükləri müəyyənləşib. Matc.az xəbər verir ki, 1/8 final oyunları dekabrın 1-2-də keçiriləcək. Bu mərhələdə komandalar bir oyunluq mübarizədə üz-üzə gələcəklər. Azərbaycan Premyer Liqasını 12, I Liqanı isə 4 komanda təmsil edəcək.
Azərbaycan kuboku, 1/8 final cütlükləri:
“Araz-Naxçıvan” – “Marafon”
“Sabah” – “İmişli”
“Sumqayıt” – “Qarabağ”
“Qəbələ” – “Şahdağ Qusar”
“Gəncəbasar” – “Şamaxı”
“Neftçi” – “Şəfa”
“Karvan-Yevlax” – “Zirə”
“Turan Tovuz” – “Kəpəz”













