28 Oktyabr 2026, 17:48
FUTBOL
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi “Azersun Arena”da Xorvatiyanın “Dinamo Zaqreb” komandası ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab matçı noyabrın 4-də Zaqrebdə keçiriləcək.
Bu cütün qalibi növbəti mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) duelinin qalibi ilə üz-üzə gələcək.













