Əsas rəqibimizə qarşı oynayırdıq. Təbii ki, qələbə hamımızı daha çox məmnun edərdi. Amma bir xala görə də razı gedə bilərik. İndi diqqətimizi APOEL-lə Kipdəki oyuna yönəldə bilərik"

"Əsas rəqibimizə qarşı oynayırdıq. Təbii ki, qələbə hamımızı daha çox məmnun edərdi. Amma bir xala görə də razı gedə bilərik. İndi diqqətimizi APOEL-lə Kipdəki oyuna yönəldə bilərik". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 
 
Braziliya əsilli yarımmüdafiəçi ilk yarıda yaxşı təsir bağışladıqlarını, fasilədən sonra isə təşəbbüsü əldən verdiklərini bildirib: "Birinci hissədə hücumlar qurmağa cəhd edirdik. Fasilədə rəqib bizi analiz edərək, ikinci hissədə boşluqlar vermədi. Ona görə də hücuma çıxmaqda çətinlik çəkirdik. Diqqətimizi rəqibin hücumlarının qarşısını almağa yönəltmişdik".
 
Almeyda Kiprdə APOEL-lə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçını sabahdan düşünəcəklərini söyləyib: "Bu gün sırf "Neftçi" ilə qarşılaşmaya köklənmişdik. Hələ bizi xeyli oyun gözləyir. Qış fasiləsinədək vəziyyət dəyişə bilər. çempionatın mayda bitəcəyini də nəzərə almaq lazımdı. Düzdü, çempionluq yolunda əsas rəqibimiz "Neftçi"di. Amma daha aşağı pillələrdən gələn "Zirə", "Səbail" kimi komandalara da hörmətlə yanaşmaq lazımdı".
 
30 yaşlı oyunçu APOEL-lə qarşılaşmaya yüksək səviyyədə motivasiya olunacaqlarını diqqətə çatdırıb: "ötən müsahibəmdə istəyimizə çatmaq üçün Kiprdə burda oynadığımızdan ən azı 3 dəfə yaxşı çıxış etməli olduğumuzu bildirmişdim. ümid edirəm ki, Allah əziyyətimizi yerdə qoymayacaq və bizi növbəti mərhələ ilə mükafatlandıracaq".
 
Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest