Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edən "Neftçi"nin futbolçusu Donald Gerye jurnalistlərə müsahibə verib. Matc.az xəbər verir ki, haitili yarımmüdafiəçi nəticəni qənaətbəxş hesab edib

Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edən "Neftçi"nin futbolçusu Donald Gerye jurnalistlərə müsahibə verib. Matc.az xəbər verir ki, haitili yarımmüdafiəçi nəticəni qənaətbəxş hesab edib:
 
- Sona qədər savaşdıq. Bir xal qənaətbəxşdi.
 
- Bu gün "Neftçi" qalib gəlsəydi, xal fərqini azaldacaqdı. Oyundan öncə belə düşünürdünüz, yoxsa bir xala razı çıxmışdınız?
- Heç-heçəni düşünmürdük. Heç bir komanda bərabərliyi istəməz. Bilirdik ki, Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Bunu ağlımızda saxlayırdıq. Meydana vuruşmağa çıxmışdıq. Belə olan halda bir xal normaldı. Futbolda üç nəticə əldə etmək olar. Biz də heç-heçəyə nail olduq. Hər halda uduzmadıq.
 
- "Qarabağ"a qarşı oynamaq sənə xüsusi motivasiya verir?
- Bu oyun mənim üçün xüsusi idi. Amma başqa oyunlara necə köklənirdimsə, bu matça da elə yanaşmışam. Böyük fərq yox idi. Futbol mənim işimdi. Əlimdən gələni etməliyəm ki, komandama kömək edim.
 
- Oyunda gərgin anlar oldu. Son dəqiqələrdə Tural Axundovun yerdə qaldığı epizodda hakim penalti təyin etmədi. Həmin epizodlarla bağlı nə fikirlərin var?
- Turalın yerdə qaldığı epizodu şərh edə bilmərəm. çünki bu, hakimin qərarıdı. Penalti verə də bilərdi, amma bu qərarı verdi. Mənim bu gün xoşuma gəlməyən Stiven-Jozef Monrozun epizodu oldu. O, təmiz qol vurdu, oyundakənar vəziyyətdən söhbət gedə bilməz, ancaq hardansa ofsayd gördülər.
 
- "Neftçi" mövsümə uğursuz başlasa da, son 5 oyunun 4-də qalib gəlib, 1-də heç-heçə edib. Komandada nə dəyişib?
- Startımız uğurlu deyildi. Xallar itirdik. Sonradan hər oyuna final kimi yanaşdıq. Buna motivasiya baxımından yanaşırdıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest