10 Noyabr 2018, 14:25
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq gələcək karyerası ilə bağlı qərarını verib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, gənc oyunçu klubu ilə yeni müqavilə bağlayıb.
"Şəhərlilər"lə sözləşməsinin müddətini 2023-cü ilə qədər uzadan Sterlinq Premyer Liqanın ən yüksək ödənişli futbolçusuna çevrilib. Belə ki, onun həftəlik məvacibi 180 mindən 300 min funt-sterlinqə artırılıb.
Qeyd edək ki, Rahim Sterlinq "Mançester Siti"yə 2015-ci ildə "Liverpul"dan keçib.