02 Noyabr 2019, 18:38
MPL
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransına bunları söyləyib
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransına bunları söyləyib:
- öncədən necə rəqiblə qarşılaşdığımızı yaxşı bilirdik. "Keşlə" az top buraxan, son vaxtlar yaxşı formada olan komandadı. Buna görə də matça ciddi hazırlaşmışdıq. 90 dəqiqə ərzində oyuna nəzarət bizdə idi. Hətta ilk hissədə qol da vurduq. İndi dəqiq deyə bilmərəm ki, orda qayda pozuntusu var idi, ya yox. Videotəkrara baxandan sonra fikir söyləmək olar. Bu gün hər iki komanda çox əziyyət çəkdi. Futbolçular çox güc sərf etdilər. Fərq ondadı ki, rəqib bizdən daha çox istirahət etmişdi. Buna görə futbolçularımızda son 15 dəqiqədə yorğunluq hiss olunmağa başladı. Bu da normaldı. Həm oyundan, həm də nəticədən razı qaldım.
- Mirabdulla Abbasov son 2 matçda sonradan meydana çıxır, əvəzində 21 yaş limitində 2 futbolçu oynadırsız. Elçin Rəhimli də start heyətində çıxır. Mirbadullanın ehtiyatda qalması taktiki gedişlə bağlıdı, yoxsa hazırda yaxşı formada olmadığına görə?
- Elçin "Qarabağ"a qarşı yaxşı oynamışdı. Buna görə dəyişikliyə əl atmaq istəmədik. Hər iki futbolçuya diqqət yetiririk. Elçinin start heyətdə oynaması məşqdəki əziyyətinin nəticəsidi. Ancaq Mirabdullaya da ehtiyacımız var. Bilirsiz ki, ehtiyat qüvvəmiz azdı. Buna görə də hər bir futbolçu bizim üçün vacibdi.