10 Noyabr 2018, 15:50
FUTBOL
Klaudio Ranyeri yenidən məşqçilik fəaliyyətinə qayda bilər. Matç.az saytı xəbər verir ki, 67 yaşlı mütəxəssis İtaliyada "Cenoa"nı çalışdırmağa əsas namizəddi.
Cari mövsümdə iki dəfə məşqçisini dəyişən Genuya klubunun indiki çalışdırıcısı İvan Yuriçin də tezliklə istefaya göndəriləcəyi bildirilir. Onu məhs Ranyerinin əvəzləyəcəyi ilə bağlı xəbərlər yayılıb.
çezare Prandelli və Davide Nikola da bu posta namizədlərdən hesab edilir.
Qeyd edək ki, müxtəlif ölkələrdə uğurları olan Ranyeri "Fiorentina"ilə İtaliyada kubok və Superkubok qazanıb. 2016-cı ildə isə FİFA onu ilin məşqçisi seçib.