Bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik, irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks-hücumda qol vurdu

"Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odu ki, futbolçular qarşılaşmada düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik".  Matc.az saytının məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın X turunda "Zirə" ilə heç-heçə etdikləri (2:2) görüşdən sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis futbolçu Aleksey İsayevin çıxışı barədə də danışıb: "Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Oyunçu istəklidi. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. O, tam formada deyil. Alekseyi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir futbolçudan şikayətim yoxdu. Hamısından razıyam. İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi analiz elədi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə daha gümrah idik və hücumlar olurdu".

Abbasov qol şanslarından yararlana bilməyən Peyman Babayinin oyunu barədə də fikirlərini deyib: "Peyman Babayi hər oyun epizoda girə bilər. Bu gün istifadə edə bilmədi. Amma istəklidi. Komandaya gələndən sonra çox artırıb. Bunu hamı görür".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest