10 Noyabr 2018, 17:12
FUTBOL
Almaniya millisinin futbolçusu Cerom Boatenq yenidən İngiltərə Premyer Liqasında çıxış etməyə yaxındı. Matç.az saytı xəbər verir ki, "Bavariya"nın təcrübəli müdafiəçisi "Tottenhem"in maraq dairəsindədi.
London klubu onu belçikalı müdafiəçi Tobi Alderveyreldlə dəyişmək istəyir. Bunun 2019-cu ilin yayında gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2010/11 mövsümündə İngiltərədə "Mançester Siti"nin şərəfini qoruyan Boatenq bir müddət əvvəl "Mançester Yunayted"ə keçməkdən imtina etmişdi.