Almaniya çempionatının 2-ci Bundesliqasında XIII turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" öz meydanında "Hamburq"la qarşılaşıb.

Meydan sahibləri oyunun gedişində məğlub duruma düşdükdən sonra hesaba tarazlıq gətirsə də, sonda məğlub olub – 1:3. Start heyətində yer alan Nazarov matçı əvəzolunmadan keçirib.

Qeyd edək ki, 13 oyunda 14 xal toplayan "Aue" 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest