Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının X turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib. "Neftçi" - "Qarabağ" oyununda "Qarabağ"ın, "Qəbələ" - "Sabah" görüşündə "Sabah"ın 4 futbolçusu sarı vərəqə alıb.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının X turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

"Neftçi" – "Qarabağ" oyununda "Qarabağ"ın, "Qəbələ" – "Sabah" görüşündə "Sabah"ın 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən qonaqlar 800 manat məbləğində cərimələnib.

"Sumqayıt"la ev matçında 5 futbolçusu sarı vərəqə alan "Zirə" də eyni məbləğdə cərimə ödəməli olacaq. "Zirə" oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün daha 800 manat cərimə olunub. Həmçinin qarşılaşmanın ikinci hissəsi paytaxt klubunun gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu üzdən qəsəbə təmsilçisi daha 2400 manat cərimələnib.

"Səbail" – "Keşlə" matçında birincilərin gecikməsi səbəbilə oyun 3 dəqiqə gec başlayıb. Bu, "Səbail"ə 2400 manat cərimə bahasına başa gəlib. Görüş başa çatdıqdan sonra "Səbail"in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest