Ağdamın "Qarabağ" klubunun apıçısı Hannes Halldorsson İslandiya milli komandasına çağırılıb. Matç.az saytı xəbər verir ki, şimallıların baş məşqçisi Erik Hamren bu ay keçiriləcək yoxlama oyunu üçün 25 nəfərlik heyəti açıqlayıb.

34 yaşlı qolkiper də ayın 19-da Qətərlə keçiriləcək matça dəvət alıb. Bu, qapıçının yığmada 58-ci oyunu ola bilər. Belə ki, Hannes indiyədək 57 dəfə milli forma geyinib.

Qeyd edək ki, yoldaşlıq görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest