Rusiya Premyer Liqasında XIV turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krilya Sovetov" öz meydanında "Axmat"la qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 65-ci dəqiqəsində meydana daxil olan təmsilçimiz heç nəylə yadda qalmayıb.

Qeyd edək ki, 14 matçda 14 xal toplayan Samara klubu 13-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest